Abşeronda “Zəfər kuboku” adlı rayon birinciliyi keçirildi - FOTO

Abşeronda “Zəfər kuboku” adlı rayon birinciliyi keçirildi - FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeronda Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı idmanın müxtəlif növlərində uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan yarışların açılış mərasimlərində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Mükafatlandırılma mərasimlərində çıxış edənlər idmançıları Zəfər Günü münasibətilə təbrik edib, yarışın keçirilməsində əsas məqsədin rayonda idman növlərinə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin Zəfər Gününün rayonda təntənəli şəkildə qeyd olunmasından ibarət olduğunu bildiriblər.

 

5 idman növü; cüdo, dama, şahmat, uşu-sanda və karate üzrə keçirilən rayon birinciliyində 800-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.

 

Qaliblər Abşeron rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.


OXŞAR XƏBƏRLƏR