Toivo Klaar: "Ermənistan və Azərbaycan arasında aparılan danışıqları ümidvericidir"

Toivo Klaar:

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycan arasında danışıqların sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına ümid edir.
 

Sfera.az xəbər verir ki, bu barədə avropalı diplomat özünün Twitter mikrobloqunda məlumat verib.


O, hər iki respublikanın Xarici İşlər nazirlərinin ötən bazar ertəsi Vaşinqtonda keçirilən görüşünü ümidverici adlandırıb.
 

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlar prosesinin aparılması ümidvericidir”- deyə o bildirib.
 

Ötən gün isə Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda hər iki respublikanın xarici işlər nazirləri arasında danışıqların nəticələrini təqdim edib. Bildirilib ki, Ermənistan danışıqların gedişini sürətləndirmək qərarına gəlib.

Qeyd edək ki, yaxın həftələrdə xarici işlər nazirləri səviyyəsində yeni görüşün keçirilməsi barədə razılıq əldə olunub.


Bayramov və Mirzoyanla üçtərəfli görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinken İrəvan və Bakını Cənubi Qafqazda davamlı sülhə doğru atdıqları cəsarətli addımlara görə təbrik edib.
 

Aysel


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...