Çavuşoğlu Ermənistana mesaj ünvanladı: Sülh üçün...

Siyasət
19:11 / 08.11.2022
3780
“Cənubi Qafqazda barış və rifah üçün Ermənistanla normallaşma prosesi aparırıq”.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Millət Məclisinin (TBMM) komitə iclasında deyib.
XİN başçısı qeyd edib ki, Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək.
Nazir, həmçinin Azərbaycanla müdafiə, enerji, logistika, nəqliyyat sahələrində, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpasında hərtərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.