İranda çirkli hava şəraitindən ölənlərin sayı açıqlandı
İranın Səhiyyə Nazirliyinin Hava Təmizliyi və İqlim Dəyişikliyi İdarəsinin rəisi Abbas Şahsuni ölkəsində havanın çirklənməsinin bir il ərzində 20 min 800 insanın ölümünə səbəb olduğunu bildirib.
Sfera.az xəbər verir ki, keçən il 27 şəhərdə hava çirkliliyi ilə bağlı xəstəliklərə görə 20 min 800 adamın həyatını itirdiyini bildirən Şahsuni, paytaxt Tehranda bu rəqəmin 6 min 400 olduğunu qeyd edib.
Əvvəlki il eyni səbəblərdən həyatını itirənlərin sayı ölkə daxilində 41 min 700, paytaxtda isə 3 min 751 nəfər olaraq açıqlanmışdı.
Məlumatlda bildirilib ki, Tehranın havasının çirklənməsinə səbəb şəhərin hava sirkulyasiyası üçün yararsız olması, əhalinin sıxlığı, köhnə model avtomobillərdən və tez-tez istifadə olunan motosikletlərdən çıxan qazlardır.
İnci