Bakı aeroportunda maşın yandı - VİDEO

Hadisə
15:44 / 08.11.2022
8019
Heydər Əliyev Beynəlxalq Hava Limanının aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.
Sfera.az xəbər verir ki, bu barədə hava limanının Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.