Hökumətdən əhaliyə şad xəbər - Rayon icra hakimiyyətləri ləğv edilir

Hökumətdən əhaliyə şad xəbər - Rayon icra hakimiyyətləri ləğv edilir

 

 
 

Sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra idarəetmə sistemində ciddi dəyişikliklər gözlənilir. İdarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutur. Bu barədə hakimiyyətdəki qaynaqlardan məlumat daxil olub.



Mənbənin məlumatına görə, idarəetmə islahatının nüvəsini 9 vilayətin yaradılması təşkil edir: "Hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan

Naxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı)

Yevlax), 66 rayon daxildir. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulur". 

"Vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq"-deyə mənbə bildirib.

Mənbə onu da bildirir ki, vilayətlərin yaradılması həm də nəzərdə tutulan iqtisadi islahatların tərkib hissəsidir: "Bundan sonra yeni iş yerlərinin açılması, məşğulluğun təmini, infrastruktur layihələrinin maliyyələşməsi vilayətlərin daxil resursları hesabına aparılacaq. Güman ki, vilayətlərin maliyyə bazasını genişləndirmək üçün bəzi vergi növlərinin yığılması da onların səlahiyyətinə daxil ediləcək. İlkin mərhələdə vilayətə prezidentin təyin etdiyi şəxs rəhbərlik edəcək. Ancaq yaxın gələcəkdə vilayət rəhbərinin seçki yolu ilə müəyyənləşəcəyi gözlənilir".
 
 
 
 
 
Reportyor.tv //
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...