Zelenskinin “U-dönüşü”: “Rusiya ilə danışıqlara açığam”
Ukrayna lideri Zelenskinin son açıqlaması gündəm olub.
Sfera.az bildirir ki, o, Rusiya ilə danışaqlar masasında oturmaq üçün bir neçə şərt irəli sürüb. Ukrayna sərhədlərinin qorunmalı olduğunu deyən Zelenski Rusiyanın hücumlarını aradan qaldırmaq və müharibə cinayətlərinə görə məsuliyyət daşıyanları cəzalandırmaq üçün real müzakirələrə açıq olduğunu vurğulayıb.
Onun bu bəyanatı isə “U-dönüş” kimi şərh edilib. Çünki Ukrayna daha əvvəl Putinlə danışıqların olmayacağını bəyan etmişdi. Digər tərəfdən, Rusiyanın da danışıqlara açıq olduğunu vurğulayan Kremlin sözçüsü Dmitri Peskov Ukraynanı ittiham edib. Peskov bildirib ki, Kiyev Rusiya ilə görüşdən imtina etdiyi üçün danışıqlar aparılmayıb.
Xatırladaq ki, ötən gün “Washington Post” ABŞ-ın Rusiya ilə görüşmək üçün Ukraynaya təzyiq etdiyini yazmışdı.
Günay Rəsulqızı