BMT-dən dünyanı narahat edən statistika: “2050-ci ildə...”
Birləşmiş Millətlər Təşkilatının hazırladığı hesabat dünyanı narahat edən bir məsələni yenidən gündəmə gətirib.
Sfera.az xəbər verir ki, hesabatda dünya əhalisinin gələn həftə 8 milyarda çatacağı qeyd edilib. BMT 2050-ci ilə qədər orta ömür uzunluğunun 77,2 yaşa çatacağını nəzərə alaraq, yaxın onilliklərdə əhalinin sürətlə artacağını bildirib. Bu artımın isə bir çox problemlər yaradacağı gözlənilir.
Hesabatda göstərilən ömür uzunluğu və məhsuldarlıq məlumatlarına görə, dünya əhalisinin 2030-cu ildə təqribən 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2080-ci illərdə isə təxminən 10,4 milyarda çatacağı açıqlanıb.
Birləşmiş Millətlər Təşkilatına görə, 2050-ci ilə qədər doğuş nisbəti isə 2,1 uşağa düşəcək.
BMT-nin hesablamalarına əsasən, 2050-ci ilə qədər əhali artımının yarıdan çoxu yalnız səkkiz ölkənin payına düşəcək. Bu ölkələr Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniyadır.
Bəzi ekspertlər vurğulayırlar ki, regional demoqrafik fərqlər perspektivli geosiyasi dəyişikliklər yarada, hətta dünya siyasətini formalaşdıra bilər. BMT-yə görə, əhalisi ən çox olan Çin və Hindistanda əhalinin sayı 2023-cü ilə qədər azalacaq.
Əzizə Zeynal