Şimali Koreyadan ABŞ-ın iddialarına CAVAB: “Belə bir planımız yoxdur”

Şimali Koreyadan ABŞ-ın iddialarına CAVAB: “Belə bir planımız yoxdur”

Şimali Koreya ABŞ-ın iddialarına cavab verib.

 

Sfera.az bildirir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin “Şimali Koreya gizli şəkildə Rusiyaya çoxlu sayda artilleriya mərmisi verib” açıqlamasına qarşı tərəfin reaksiyası gecikməyib. Belə ki, Şimali Koreyanın Milli Müdafiə Nazirliyinin rəsmisi dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) danışarkən sözügedən informasiyanı “əssasız şayiə” adlandırıb.

 

“Biz ABŞ-ın bu cür hərəkətlərini Şimali Koreyanın beynəlxalq arenada imicini ləkələmək üçün düşmən cəhdlərinin bir hissəsi kimi qiymətləndiririk. Bir daha təkrar edirik ki, Rusiya ilə heç vaxt silah mübadiləsi aparmamışıq və gələcək üçün də belə bir planımız yoxdur”, deyə bəyanatda bildirilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...