“Məni tutduran Ermənistan Prezidentinin dostudur” – Türk iş adamının Bakıdakı məhkəməsində şok ifadələr

“Məni tutduran Ermənistan Prezidentinin dostudur” – Türk iş adamının Bakıdakı məhkəməsində şok ifadələr

Bakı Ağır Cinayətlər Məhkəməsində “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat mənimsəməkdə ittiham olunan, adıçəkilən şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəmə iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, prosesdə Mehmet Şahanın ifadəsi dinlənlib. O, ifadəsində özünü təqsirli bilməyib:

 

“Thales International Azərbaycanda istənməyən şirkət idi. Azərbaycandakı nümayəndəliyi 2014-cü ildə açıldı və həmin ilin mayın 1-də şirkətin Azərbaycandakı nümayəndəliyinə direktor təyin olundum. Şirkətin əsas müştəriləri arasında “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC və s var. Bir neçə MMC-lərlə işləmişik.  Həmin MMC-lər partnyor şirkət “MCG” MMC tərərfindən tapılıb və onlarla əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işlərinin aparılması (bazar araşdırılması) üçün köçürülüb. Həmin şirkətləri “MCG” MMC-nin əməkdaşı Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, “MCG” Thales-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları “MCG” MMC-yə təqdim edirdilər. “MCG” MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik. Bununla bağlı bütün sənədlər ofisdə idi. Həmin şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təklifləri və s. ofisdə idilər. Məndə heç bir sənəd yoxdur. Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə Baş ofisdən təsdiq almışdım. Şirkətlərə vəsait köçürməyi baş ofisdən rəhbərim Kristof Lanovski demişdi. Təlimatlı şəkildə idi. Şəxsi xərclərimi heç vaxt hesabatlara daxil etməmişəm. Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı.”

 

Mehmet Şahan ifadəsində bildirib ki, ona qarşı irəli sürülən ittihamlara səbəb onun türk olmasıdır: “Bakıda Nərimanov rayonunda yaşayırdım. Aylıq 5000 avro kirayə haqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var. Pul mənimsəməmişəm. Xərclərlə əlaqədar hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. THALES ildə 4 dəfə yoxlama keçirirdi. Bundan əlavə hər həftə rəhbərimlə “Teams” proqramı vasitəsilə görüntülü danışırdıq. 7 il ərzində Baş Ofisin nəzarəti və razılığını alaraq işləmişəm, Sizcə belə bir şirkətdən gizli 7 işləyib və 7 il pul mənimsəmək mümkündürmü? Bütün bunlar erməni lobbisinin və Ermənistanın Prezidentinin dostu Pier Matyunun işləridir. Məni qanunsuz olaraq işdən çıxartdırdı, buna görə Fransada məhkəməyə müraciət etdim. “Thales” də öz növbəsində düşmənçiliyin davamı kimi şikayətlə müraciət etdilər. Şikayəti verəndə də bütün sənədləri gizlətdilər ki, təqsirsizliyimi sübut edə bilməyim. Baş ofis məni işdən çıxarmamışdan əvvəl bütün planları qurmuşdu.Belə ki, məni prezentasiya adı ilə Madridə dəvət etdilər və orada komputerimi və telefonumu əlimdən aldılar ki, mənim əlimdə heç bir sübutum qalmasın. Çünki, komputerimdə və telefonumda təqsirsizliyimi sübut edən bütün sübutlar var idi. Bunu da qeyd edim ki, komputerimin və telefonumun əlimdən alınmasını baş ofisin rəhbər işçiləri  öz ifadələrində təsdiq etmişdir. Mən günahsızam, müstəntiq mənə qarşı qərəzli hərəkətlər etdi və günahsız olaraq indiyə qədər həbsdə qalmışam.”

 

Məhkəmınin növbəti iclası noyabrın 28-nə təyin olunub.

 

Qeyd edək ki, “THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlu 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməkdə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməkdə ittiham olunur.

 

Mehmet Şahana Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və barəsində bu ilin fevralın 17-də  həbs qətimkan tədbiri seçilib.

 

Nəzrin Cavadzadə,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...