"Qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər..." - Türkiyə MN

Siyasət
11:56 / 08.11.2022
6709
Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım edilib.
"Qəhrəman Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək olsun. 2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri", - paylaşımda qeyd edilib.