"Ordumuz hazır vəziyyətdədir" - Generaldan mühüm Xankəndi AÇIQLAMASI 

"Azərbaycan Ordusu hazır vəziyyətdədir. Biz təkcə erməni quldurları ilə müharibə aparmırıq, onların yardımçıları çoxdur. Prezident İlham Əliyev sərhədlərin müəyyənləşdirilməsi, o cümlədən Xankəndi ilə bağlı dünya miqyaslı işlər həyata keçirir. Hesab edirəm ki, bu məsələ də həllini tapacaq”. 

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev "Trend TV"yə müsahibəsində bildirib.

 

General qeyd edib ki, təmkinli olmalı, erməni yalanlarına uymamalıyıq:

 

"Atəşkəs elan edilir, digər tərəfdən hücum edirlər. Erməniyə heç vaxt inanmaq olmaz. XX əsrin əvvələrində Türkiyədə baş verənləri nəzərə alsaq, düşünməliyik ki, qarşımızda çox hiyləgər, cinayətkar dövlət var. Bir neçə gün öncə, Naxçıvanda səfərdə oldum, ordumuzun şəraiti, vəziyyəti ilə tanış oldum. Qarşımızda elə də çətinlik yoxdur. Məsələlərin həlli üçün Azərbaycan ordusu hazırdır”.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...