General Kənan Seyidov Şuşa əməliyyatından DANIŞDI

General Kənan Seyidov Şuşa əməliyyatından DANIŞDI

"Vətən müharibəsi zamanı Şuşa əməliyyatını digər əməliyyatlardan fərqləndirən ilk növbədə Şuşanın çətin relyefi və düşmənin şəhəri tərk etməməyə qərarlı olması idi".

 

Sfera.az xəbər verir ki, bunu birlik komandiri general-mayor Kənan Seyidov deyib.

 

General-mayor qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə ardıcıl qələbələri, işğalda olan kənd və şəhərləri ard-arda azad etməsi Şuşa əməliyyatları üçün böyük zəmin yaratdı:

 

"Bu, şəxsi heyətdə ruh yüksəkliyi yaratmışdı. Artıq Şuşa ətrafına gəlib yerləşəndə şəhəri nəyin bahasına olur-olsun azad etmək və orada Azərbaycan bayrağını dalğalandırmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu idi. Tapşırıq Şuşanın azad olunması idi və Azərbaycan əsgəri bunu bacardı", - K.Seyidov bildirib.

 

Birlik komandiri post-müharibə dövründə ordu quruculuğundan da danışıb:

 

"Ümumiyyətlə əməliyyatlardan sonra təcrübə onu göstərdi ki, xüsusi hərbi hissələrin açılışına, yeni hərbi hissələrin və komando birləşmələrinə, dağlıq-meşə və çətin ərazilərdə tapşırıq yerinə yetirmə qabiliyyəti olan hərbi hissələrin yaradılmasına ehtiyac var. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə bir neçə komando hərbi hissələrinin açlışı oldu. Hazırda da bu proses davam etdirilir", - General-mayor əlavə edib.(trend)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...