Təzəpir məscidinin rəisi VƏFAT ETDİ - FOTO

Cəmiyyət
10:14 / 08.11.2022
3523
Təzəpir məscidinin rəisi Hatəm Mirzəyev vəfat edib.
Sfera.az xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib.
Mərhum bu gün dəfn ediləcək.
Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən Təzəpir məscidinin rəisi vəzifəsində çalışırdı.