Gündəlik həyatında çətir boyamaqla dolanıb, əlavə iş kimi cinayətkarları edam edirdi - Tarixin məşhur cəlladı

Gündəlik həyatında çətir boyamaqla dolanıb, əlavə iş kimi cinayətkarları edam edirdi - Tarixin məşhur cəlladı

1870-ci ilə qədər Roma Papa Kralın hakimiyyəti altında olduğu vaxta qədər camaatın izləməkdən xoşlandığı və axın etdiyi hadisə meydanlarda həyata keçirilən edamlar idi...


İnsanlar bu proqramı təkcə əylənmək üçün deyil, həm də ailəlikcə izləyirdilər ki, uşaqları nəsə öyrənsin.
 

Sfera.az bu yazıda yenə tarixdən bir səhifə ilə davam edir.
 

1796-1864-cü illər arasında Romada həyata keçirilən edamlara görə yalnız bir nəfər səlahiyyətli var idi: Covanni Battista Bugatti. Bu adamı xalq arasında Mastro Titta (Master Titta) adlandırırdılar.

 

Mastro Titta 70 il bu işi görüb. Bu müddət ərzində o, 516 edam həyata keçirib.

Açıklama yok.
 

İş o yerə çatıb ki, hətta ondan əvvəl və sonra gələnləri belə bu adla çağırıblar. O, hal-hazırda da xalqın yaddaşına dərindən həkk olunub və hətta uşaq laylalarında məşhurdur.


Mastro Titta mümkün olan ən qəddar işi yerinə yetirsə də, o, qeyri-peşəkar idi. Öz işini məcburiyyətdən görürdü.
 

Bu, əslində Roma xalqının həyatın çətinliklərinə qarşı münasibətinin bir hissəsi idi. Xüsusilə Maestro Titta sanki “məni burada olduğum üçün qınama və xoşbəxt ol, çünki ömür qısadır. Təmiz iş görəcəm”deyib məhbusa son dəfə nəfəs almağa imkan verirdi


Bu yeganə fotoşəkilin Mastro Titta olduğuna inanılır 

Açıklama yok.


Mastro Titta Sant-Ancelo körpüsünün o biri tərəfində yaşayırdı, yalnız edam zamanı bu tərəfə keçirdi.

Açıklama yok.

 

Buna səbəb onun əvvəllər edam etdiyi şəxslərin yaxınları tərəfindən hücuma məruz qalmasının qarşısını almaq olub.

Mastro Titta məhbusları edam etmədiyi günlərdə adi həyat tərzi keçirdi. Evli idi, Borqo bölgəsində evinin yanında açdığı mağazada çətir rəssamı işləyirdi. O, turistlərə suvenirlər də satırdı. Bu gün bu ərazidəki küçələrdən biri hələ də “Ombrellaları” yəni “Çətir Rəssam” adlanır.



Dövlətin işini görəndə isə hamı onun gələcəyini bilirdi.O, edamların keçirildiyi meydana gəlmək üçün körpüdən keçməli olurdu. Bu yolla gedərkən qırmızı plaş geyinib, çiynində balta olduğundan bütün şəhər kiminsə həyatını itirmək üzrə olduğunu bilirdi və beləcə bir-birinə xəbər verdi.


Mastro Titta körpüdən keçərkən qorxmuş, həm də həyəcanlı insanlar meydanı dolduraraq onun edamını gözləyirdilər.


Edamları “ədalət”, məhbusları isə “xəstə” adlandıran Mastro Titta ilk edamını 1796-cı il martın 22-də, edam üsulunun hələ də balta, toxmaq və ya kəndir olduğu zaman həyata keçirdi. Gilyotinin istifadəsi isə 1816-cı ildə başlayacaqdı. Maestro Titta 70 illik cəllad karyerasında ümumilikdə 516 edam həyata keçirib. Bu ildə
7 edam demək idi. Onun adı o qədər məşhur idi ki, 8 mart 1845-ci ildə edamlarından biri hətta Çarlz Dikkensin İtaliyadan şəkillərində (1846) öz əksini tapıb.



Bu gün Mastro Tittanın paltarları və edam alətləri hələ də Via del Qonfalonedəki Kriminologiya Muzeyində nümayiş etdirilir.

 

Açıklama yok.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...