Demokratlar buna görə əvvəlcədən Rusiyanı günahlandırırlar 

Demokratlar buna görə əvvəlcədən Rusiyanı günahlandırırlar 

Prezident Co Bayden və onun təmsil etdiyi partiya ABŞ Konqresi seçkilərindəki məğlubiyyətlərini əvvəlcədən Rusiyanın müdaxiləsi ilə əsaslandırmağa çalışırlar. Amerika administrasiyasının hazırkı rəhbərliyi son gücü ilə hakimiyyətdən yapışır.

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.


“ABŞ Demokratları məğlubiyyətlərinə artıq bəhanə tapmağa başlayıb. Bayden çətin vəziyyətdədir. Vaşinqtonun hazırkı rəhbərliyi son gücü ilə hakimiyyətdən yapışır”
– deyə Volodin teleqram kanalında bildirib.
 

Rusiya Parlamentari ABŞ demokratlarının köhnə üsullara əl atdıqlarına diqqət çəkib. O bildirib ki, demokratlar yenə də Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edirlər.

“Biz eyni şeyi 2016-cı ildə Tramp ABŞ prezidenti olanda gördük. Yeni dəyişən heç nə yoxdur"-deyə siyasətçi əlavə edib.
 

Suveren dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd edən Volodin bunun Rusiya siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Onun sözlərinə görə, yeni ittihamlar ABŞ demokratlarının sabah keçiriləcək Konqresə seçkilərdə məğlub olduqlarını əsaslandırmaq cəhdidir.
Rusiya Dövlət Dumasının spikeri "Bayden və onun partiya yoldaşları həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluqlarını itirəcəklər"-deyə qeyd edib.
 

“ABŞ xalqı demokratlara onların günahı ucbatından yaranan problemlərə görə səs vermir. Bunun səbəbini özündə axtarmalısan”-deyə o qeyd edib.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...