"Toppuş Bacı" evini bu qiymətə satışa çıxardı

Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva müalicəsi üçün evini 70 minə satışa çıxarıb.

 

Sfera.az xəbər verir ki, bu barədə sənətçi Olay-a açıqlamasında bildirib.

 

T. Əliyeva səhhəti barədə daha dəqiq məlumatı şüa qəbulundan sonra öyrənəcəklərini qeyd edib:

 

"İdarə edirəm birtəhər. Şüa qəbulum noyabrın 15-dən sonra başlayacaq, inşallah. Ancaq şüanın cavabından sonra bilinəcək əməliyyatın lazım olub, olmadığı. Mən Milli Onkologiya Mərkəzində artıq 5 ildir ki, müalicə alıram, indiyə kimi məndən pul istəməyiblər. Bir neçə nəfər mənə Almaniyadan, Türkiyədən yazdı ki, ağıllı iynələr var. Düzü, mən hələ həkimlə də məsləhətləşməmişəm. Çünki hazırda bayramla əlaqəli iş yoxdur. İş başlayanda həkimimlə də məsləhətləşəcəm, inşallah. Amma özüm maraqlandım, bahalı dərmanlardır. Evimi də artıq satışa çıxarmışam. Gəlib baxıblar, indi gözləyirəm, yəgin ki, bir az yaxşı qiymətə sata biləcəm. Hərə bir qiymət verir, ümumi 60-70 min arasıdır, çox da böyük ev deyil, 2 otaqlıdır. Əsas odur ki, yaxşı olum".


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...