Sirli ayaqqabılar - II Elizabetin tac qoyma ayaqqabılarının özəlliyi nə idi?
II Elizabetin 2 iyun 1953-cü ildə Vestminster Abbeyində tacqoyma mərasimi keçirildi. 27 yaşlı kraliça qızıl və gümüşü saplarla bənövşəyi məxmər xalat və qızılı ilə işlənmiş ağ atlaz xalatda dəbdəbəli görünürdü.
Ancaq geyimi tamamlayan çox az adamın bildiyi başqa bir vacib detal var idi - Əsl yaqutlarla bəzədilmiş möhtəşəm ayaqqabılar.
Elizabetin geyimi nə qədər qəşəng olsa da, simvolik mənasına görə tarixə onun geyindiyi ayaqqabılar düşüb.
Qadın ayaqqabıları üzrə ixtisaslaşmış fransız moda dizayneri Roger Vivier tərəfindən xüsusi dizayn edilmiş ayaqqabılar Kraliçanın həyatının ən özəl anlarından biri üçün mükəmməl və möhtəşəm görünüşünü tamamlayırdı.
Əksər tarixi fotoşəkillərdə onları görmək çətin olsa da, bu ayaqqabılar əslində Roger Vivier və İngilis ayaqqabı şirkəti Delman Ltd arasında əməkdaşlıq idi. Onların dizaynı tacqoyma gününə qədər gizli saxlanılırdı.
Ayaqqabılar qızılı dəridən, dabanları isə təmiz yaqutlarla işlənmişdi. Roger Vivier onları Fransadakı “Chartres” Kilsəsinin dibçəkdəki qızılgüllərindən ilham almaqla yaratmışdı. Həmçinin, məşhur ayaqqabı ustasına zanbaq çiçəyini xatırladan məşhur “heraldik simvolu”(fleur de lys) də daxil edilmişdi ki, bu da Elizabetin Bukingem sarayına qayıdarkən geyindiyi Britaniya İmperiyasının tacı ilə uyğunlaşırdı.
Kraliça ayaqqabılarının gizli detalı
Britaniya kraliçasının tac qoyma ayaqqabılarını yaratmaq üçün fransız dizaynerin seçimi qeyri-adi görünsə də, əslində kral ailəsi ənənəsinə riayət edirdi. Elizabetin anası da 1937-ci ildə Kral Corcun tacqoyma mərasimində Rocer Vivier tərəfindən hazırlanmış ayaqqabı geyinmişdi.
Təkcə Böyük Britaniyada 8251 nəfərin iştirak etdiyi və 27 milyon tamaşaçının izlədiyi üç saatlıq mərasimin böyük hissəsinin II Elizabetin ayaq üstə keçirdiyini nəzərə alsaq, ayaqqabıları vizual olaraq bu mühüm mərasimə nəinki uyğun gəlməli, hətta olduqca rahat olmalı idi. Buna görə də kraliça dizaynerdən saatlarla davam edən mərasim zamanı əlavə rahatlıq üçün görünməz platforma yerləşdirməsini istəyib.
Kraliça II Elizabetin tacqoymasının 67-ci ildönümünü qeyd etmək üçün Roger Vivier brendinin hazırkı kreativ direktoru Gherardo Felloni 2020-ci ilin sentyabrında tarixi hadisəyə hörmət əlaməti olaraq unikal dizaynı təkrarlamaq qərarına gəldi. O, bəzi ənənəvi aspektləri saxlayaraq tac qoyma ayaqqabısının daha müasir versiyasını yaratdı.Ayaqqabılar çəhrayı, qara və orijinal qızılı rənglərdə idi və təxminən 1995 dollara satılmışdı.
Aynil