Müharibə sonrası ikinci ili hansı balansla başa vururuq?

Azərbaycan və Ermənistan tərəfinin öz dövlət maraqları kontekstində xatırlamalı olduğumuz mövzuya diqqət yetirək.
Sülh müqaviləsi
-Çox maraqlıdır: Azərbaycan və Türkiyə, ABŞ və AB, və artıq Ermənistan
- Maraqlı deyil: Rusiya, İran
-Zəngəzur dəhlizi
-Çox maraqlıdır: Azərbaycan və Türkiyə, Rusiya (sülh müqaviləsi yoxdur)
- Daha az maraqlı: ABŞ/AB (prioritet deyil), Ermənistan (öz ərazisində Rusiyanın tamamlayıcı funksionallığını tətbiq etmək istəmir)
- Maraqlı deyil: İran
Sərhəd
- Maraqlıdır: Azərbaycan və Türkiyə, ABŞ/AB, və artıq Ermənistan, İran.
Hər bir tərəfin öz maraqları var və hər kəs prosesə fərqli yanaşır,
- Maraqlı deyil: Rusiya
Qarabağ ermənilərinin “statusu”
- Çox maraqlıdır: Rusiya, Ermənistan
- Daha az maraqlıdır: ABŞ/AB, İran
- Maraqlı deyil: Azərbaycan və Türkiyə
Beləliklə, Azərbaycan və Ermənistanı sülh müqaviləsi ilə sərhəd mövzusu birləşdirir. Rusiya və İranın təmsil olunduğu sülh müqaviləsinin əleyhdarları regionda fəaliyyət göstərən oyunçulardır və buna görə də sülh müqaviləsi prosesi belə bir gərgin şəraitdə baş verir: Rusiya Qarabağa silah gətirir, Vardanyanı göndərir, İran isə sərhədlərə qoşun toplayır.
Sərhədlərin açılması prosesi mübahisəlidir : lakin sülh müqaviləsi məsələlərin həllində kompromisə getməyə kömək edə bilər (məsələn, əlaqələr arasında suverenlik prinsipi).
Tərəflərin hazırkı mövqeyi ilə yanaşı, təmsilçilik və digər məsələləri da nəzərə almaq lazımdır.
Qarabağ erməniləri mövzusunda Rusiya və ABŞ/AB-nin (ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutunu xatırlayaq)yaxın mövqeyini müşahidə edirik. Rusiya üçün bu, daha çox geosiyasi maraq, ABŞ üçün isə daha çox daxili xarakter daşıyır. Bununla belə, Rusiyanın “yerləşdirmə zonasında” Rusiyayönümlü maraqları, xüsusən də aralıq seçkilərdə respublikaçılar qalib gələcəyi təqdirdə ABŞ-Aİ birliyinin bu mövzuya marağını zəiflədə bilər .
Azərbaycan qarşıdakı növbəti iki ay ərzində öz gündəminin həllində hansı yolla getməli olduğuna və hansı mövzulara üstünlük verəcəyinə qərar verməlidir.
Fərhad Məmmədov