Hərbçimiz Qarabağda MİNAYA DÜŞDÜ - RƏSMİ

Hadisə
10:12 / 07.11.2022
5873
Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb.
Sfera.az-a bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.
Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.