Paşinyana etiraz edən erməni özünü yandırdı

Paşinyana etiraz edən erməni özünü yandırdı

Ermənistanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında insident baş verib.

 

Sfera.az xəbər verir ki, İrəvanda gənc oğlan Paşinyanın iqamətgahına gələrək, orada özünü yandırıb.

 

Hadisə yerində xidmətdə olan polis əməkdaşları yanğının qarşısını alıblar. İntihara cəhd edən gənc huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

 

Onun Paşinyanın yürütdüyü siyasətə etiraz olaraq özünü yandırdığı bildirilir.


OXŞAR XƏBƏRLƏR