ABŞ Ukrayna-Rusiya arasında danışıqlara inanmır

Dünya
21:49 / 06.11.2022
6241
ABŞ və müttəfiqləri Rusiya və Ukrayna arasında müharibəyə danışıqlar yolu ilə son qoyulacağına inanmırlar.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Qərb diplomatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, Qərb ölkələrinin liderləri Rusiya ilə Ukrayna arasında gələcək razılaşmanın mümkün nəticələrini müzakirə edirlər. ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Ukrayna rəhbərliyini Rusiya ilə danışıqlarda açıqlıq nümayiş etdirməyə çağırıb.
Nəşrin yazdığına görə, Qərb liderləri həm də Ukrayna məsələsində parçalanmaya səbəb ola biləcək həssas məsələləri müzakirə etməkdən yayınırlar.