Cəbrayılda aşkarlanan insan sümükləri ilə bağlı araşdırma aparılır

Gündəm
17:05 / 06.11.2022
4617
Cəbrayıl rayonunun Çullu kəndində aşkarlanan insan sümükləri ilə bağlı araşdırmalara başlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Çullu kəndində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük, habelə 1 ədəd əl qumbarası aşkarlanıb.