Ermənistanın silah anbarında PARTLAYIŞ - Hərbçilər yaralandı

Dünya
15:56 / 06.11.2022
3641
Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın olub.
Sfera.az xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayş müşahidə olunub.
Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb. Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.
Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.