Tezliklə İsraildə səfirliyimiz AÇILACAQ

Tezliklə İsraildə səfirliyimiz AÇILACAQ

Azərbaycanın İsraildə səfirlik açması məsələsi yenidən gündəmdədir. Bəzi xarici KİV-lərdə yer alan xəbərlərə əsasən, hər iki tərəf səfirliyin açılması istiqamətində ciddi işlər görür və yaxın zamanlarda diplomatik nümayəndəliyin fəaliyyəti başlaması gözlənilir.

 

İsrailin Dövlət Radio və Televiziyasının yaydığı məlumata görə, İsraildə Azərbaycan səfirliyinin açılması artıq reallığa çevrilir. Hazırda hazırlıqların aparıldığını yazan İsrail mətbuatı gecikmənin texniki işlərlə bağlı olduğunu bildirib. Bundan əlavə, İsrail mediası Bakı və Tel-Əvivin səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar apardığını bəyan edib.

 

Bəs, səfirliyin açılması nə vaxta təsadüf edəcək?

 


İsrailli siyasi ekspert David Gendelman Modern.az-a açıqlamasında bildirib ki, yaxın zamanda Azərbaycanın İsraildə səfirlik açacağına ümid edir.

 

“İsrail mətbuatında tez-tez Azərbaycanın yaxın zamanda səfirlik açacağını oxuyuruq. Bu prosesin sürətlənəcəyini gözləyirik. İranın Qafanda Baş konsulluq açmasına Azərbaycanın İsraildə səfirlik açması yaxşı cavab olacaq. Bu, həm də siyasi olaraq güclü cavabdır. Azərbaycanın İsraildə səfirlik açması üçün heç bir əngəl yoxdur”, - deyə ekspert vurğulayıb.


Qeyd edək ki, Milli Məclisdə də deputatlar tərəfindən ölkəmizin İsraildə səfirlik açması məsələsi qaldırılıb və təklif parlamentarilər tərəfindən dəstəklənib.


Xatırladaq ki, İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...