Ukrayna ordusu Luqanska doğru irəliləyir - Qayday

Rusiya komandanlığı işğalçılara Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrini yarıb keçməyi əmr edib. Bununla belə, Ukrayna qoşunları öz mövqelərini saxlayır və tədricən irəliləyirlər.
Sfera.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Rusiya hərbi rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb keçmək vəzifəsini qarşısına qoyub. Ona görə də hər gün ağır döyüşlər və mərmilər davam edir. Amma bu, bizim hərbçilərimizə mane olmayacaq, onlar hər gün irəliləyirlər. Luqansk bölgəsində irəliləyiş istədiyimiz qədər sürətli olmasa da davam edir”.
Qayday təsdiq edib ki, ruslar yenidən Beloqorovkanı tutmağa çalışırlar. Onun sözlərinə görə, işğalçılar başa düşürlər ki, daha da geri çəkilsələr, Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Lisıçanski azad edə bilər.
Qayday ukraynalı döyüşçülərin irəli getmək üçün həvəsli olduqlarını deyib. Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri bildirib ki, ruslar Svatovski rayonundakı Makeyevka ərazisində 500-ə yaxın əsgər itirib. O vurğulayıb ki, işğalçılar yaxınlarına təzminat ödəməmək üçün ölənlərin cəsədlərini götürmürlər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində daha 490 rusiyalını məhv edib. Ümumilikdə, müharibə başlayandan bəri Rusiya artıq 76 minə yaxın hərbçisini itirib.