İtaliya nəhəngi "Fənərbağça"nın gənc ulduzunu heyətinə qatır - Transfer tarixi...

İtaliya nəhəngi

"Fənərbağça"nın gənc istedadı Arda Gülərin transfer etmək istəyən klubların siyahısına daha biri qoşulub. 

 

Sfera.az xəbər verir ki, adı daha öncə PSJ, "Borussiya" (Dortmund), "Arsenal", "Tottenhem" kimi nəhəng komandalarla hallanan türkiyəli futbolçu ilə bu dəfə yeni bir iddia ortaya atılıb. İtaliyanın "Calciomercato" nəşrinin yaydığı məlumata görə, "Napoli" Ardanı transfer etmək istəyir.

 

Neapol təmsilçisinin idman direktoru Kristiano Qvintolinin ulduz futbolçudan təsirləndiyi və komandaya gətirmək istədiyi vurğulanıb. Bildirilib ki, Seriya A klubu yanvar ayında gənc futbolçu üçün qarşı tərəflə danışıqlara başlayacaq.

 

Mənbənin verdiyi məlumatına görə "Napoli" yanvar ayında Ardanı heyətinə qatarsa, 17 yaşlı oyunçunu mövsümün sonuna qədər "Fənərbağça"ya icarəyə verə bilər.

 

Qeyd edək ki, "Gənclərbirliyi" klubunun yetirməsi olan Arda Gülər 2019-cu ildə "Fənərbağça" akademiyasına transfer olunub. O, 2021-ci ildə isə İstanbul təmsilçisi ilə karyeasının ilk peşəkar müqaviləsini imzalayıb. Arda bu mövsüm "Fənərbağça"nin heyətində 12 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Transfer dəyəri 10 milyon avro ilə qiymətləndirilən futbolçunun klubla sözləşməsi 2025-ci ildə başa çatır.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...