Cəbrayılın bu kəndində insan sümükləri TAPILDI

Cəbrayılın bu kəndində insan sümükləri TAPILDI

Noyabrın 4-də Cəbrayıl rayonunun Çullu kəndində insan sümüklər tapılıb.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

 

Yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.

 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR