Metro işçiləri vaxtından əvvəl pensiyaya çıxa biləcək - DSMF-dən açıqlama

Metro işçiləri vaxtından əvvəl pensiyaya çıxa biləcək - DSMF-dən açıqlama

Bakı Metropoliteni”nin bir qrup işçisi (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.

 

Belə ki, onlar orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarını iddia edərək vaxtından əvvəl – 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını bildiriblər. Lakin DSMF Nazirlər Kabinetinin qərarına əsasən, metro əməkdaşlarının ağır və zərərli işdə çalışan şəxslər siyahısında olmadığını qeyd etmişdi.

 

Sfera.az-ın xəbərinə görə, “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, artıq metroda çalışan şəxslərin güzəştli şərtlərlə pensiya alması ilə bağlı müraciət edilib:

 

“Bir sıra peşə və vəzifələrin də qeyd olunan siyahıya daxil edilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu (DSMF) məsələ qaldırıb. Fond bir çox təşkilatlara müraciət edib ki, dəyişikliklərdə nəzərə alınması üçün ağır və zərərli iş yerləri barədə məlumatları həmin iş yerlərinin qanunvericiliyə uyğun attestasiyasını aparıb təqdim etsinlər. Bir neçə təşkilatın, o cümlədən “Bakı Metropoliteni” QSC-nin bu barədə təklifləri nəzərə alınmaqla hazırlanmış qanunvericiliyə dəyişikliklər layihəsi hazırda müzakirədədir. Layihə təsdiq edildikdən sonra metroda müvafiq vəzifələrdə çalışmış şəxslərə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün olacaq”.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...