FHN-in bu əməkdaşları ilə bağlı ARAŞDIRMA BAŞLADI

Cəmiyyət
14:50 / 05.11.2022
7932
Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi barədə korrupsiya ittihamı ilə araşdırma başlayıb.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müstəntiqlər - Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.
İdarədə onların korrupsiya əməllərinə yol verməsi şübhələri ilə bağlı araşdırma aparılır.
FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Əməliyyat-istintaq idarəsinin təhqiqatçıları Rüfət Nuriyev və Zaur İslamov barədə vətəndaşların şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyində araşdırma aparılıb və toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə göndərilib.