Kannibalizmin törətdiyi ölümcül beyin xəstəliyi nə idi?
Adamyeyənliyi bir ritual hesab edən Fore tayfası Quru adlı beyin ölümü xəstəliyinin yaranmasına səbəb olub.
Sfera.az bu yazıda sizə Kannibalizmin törətdiyi xəstəlik, onun tarixi, səbəb olduğu epidemiya haqqında yazı təqdim edir.
Papua Yeni Qvineya minillər ərzində xarici sivilizasiyalardan kənar qalmış yüzlərlə yerli qəbiləsi ilə məşhurdur.
Ölkənin dağlarını əhatə edən sıx meşələr arasında yerləşən yaşayış yerlərində bu qruplar fərqli mədəniyyətlərlə yaşamışlar.
20-ci əsrə qədər bir çox qəbilə ətraf dünya ilə əlaqə saxlasa da, Fore kimi insanlardan daha uzaq olan tayfalar adamyeyənliklə məşğul idilər.
Hər qəbilə fərqli rituallar tətbiq etsə də, Fore bunun müqəddəs olduğuna inanırdı. Fore qəbiləsindən bir adam öləndə onun cəsədini yaxınları bişirib yeyirdilər.
Fore xalqı bu ritualın cəsədin ruhunu ram edəcəyinə və mərhuma hörmət əlaməti olduğuna inanırdı.
Öd kisəsindən başqa bədəndəki demək olar ki, hər bir hissə və orqanını yeyən Fore tayfası ən çox beyni yeməyi sevirdi.
Demək olar ki, bütün qəbilələrdə yavaş-yavaş adamyeyənlik sona çatsa da, Fore xalqı bu ritualdan əl çəkməmiş və nəticədə mənşəyi məlum olmayan Quru xəstəliyi peyda olmuşdur.
Bəzi tədqiqatçılar bunun ilk dəfə 1910-cu və ya 1920-ci illərdə, ictimaiyyətin əcnəbilərlə əlaqə qurmasından əvvəl baş verdiyini düşünürlər.
Quru - insanın əzalarını və bədən funksiyalarını idarə etməsinə əngəl olan ölümcül bir beyin xəstəliyidir.
Bir çox xəstələr qeyri-iradi gülüş tutmalarından əziyyət çəkir və xəstəlik ilk əlamətlərini göstərdikdən bir ildən də az vaxt ərzində ölürdülər.
Antropoloq Şirli Lindenbaum və onun o vaxtkı həyat yoldaşı Robert Qlass 1961-ci ildə Quru xəstəliyinə həsr olunmuş ilk araşdırmada iştirak edən elm adamları arasında idi.
Xəstəliyin mənşəyini araşdırmaq üçün tədqiqatçılar tayfa ilə əlaqə saxlayıb və xəstəliyin mümkün səbəblərini araşdırıblar. Çirkləndiriciləri aradan qaldırdıqdan sonra, tədqiqatçılar xəstəliyin genetik olmadığını başa düşdülər. Çünki xəstəlik eyni genetik qruplarda deyil, eyni sosial qruplarda olan qadınlar və uşaqlarda daha çox özünü göstərirdi.
Xəstəliyə yalnız qadın və uşaqların yoluxduğunu anlayan tədqiqatçılar, xüsusilə qadınların və uşaqların adam əti yediyini aşkar etdikdə xəstəliyin səbəbini anladılar.
Tədqiqat üçün şimpanzelərə yoluxmuş insan beyni nümunələrini yeritməklə, elm adamları Quru xəstəliyinin əlamətlərinin aylar sonra şimpanzelərdə müşahidə etməyə başladılar.
Fore qəbiləsi əsrlər boyu adamyeyənliklə məşğul olsa da, bu xəstəliyin yalnız 60-cı illərdə baş verməsi də kifayət qədər çaşdırıcı idi.
Ancaq bir çox mütəxəssis bu xəstəliyin onun “Creutzfeldt-Jakob” adlı nevroloji hal yarandıqdan sonra başladığına inanır.
Hər iki xəstəlik ölümcüldür və adətən simptomlar göründükdən təxminən bir il sonra ölümə səbəb olur.
Fore qəbiləsində Quru sayı tədqiqatçıların kəşfindən sonra illər ərzində davamlı olaraq azalıb.
Fore tayfasında sonuncu Quru xəstəsi 2009-cu ildə öldü və xəstəlik 2012-ci ildə tamamilə bitdi.
Tədqiqatçılar epidemiya zamanı 20.000 insanın öldüyünü bildirmişdi.
Aynil