Bu ölkələr Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirib - BMT baş katibi

Bu ölkələr Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirib - BMT baş katibi

İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması prosesini başa çatdırmağın vaxtı çatıb, çünki bu iki ölkə Türkiyənin qoyduğu NATO-ya qəbul üçün zəruri olan şərtləri artıq yerinə yetirib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
 

Helsinki və Stokholm 2023-cü ilin iyunundan gec olmayaraq alyansın tamhüquqlu üzvü ola bilərlər.

 

Stoltenberqin sözlərinə görə bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu məsələni müzakirə etmək niyyətindədir.
 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında Stoltenberq :

 

“Finlandiya və İsveç Türkiyənin NATO-ya üzv olmaq tələblərini yerinə yetiriblər, ona görə də onları nəinki dəvət etmək, həm də alyansa üzv etmək vaxtı çatıb. Hesablamalarda heç bir səhvə yol verməmək üçün Rusiyaya düzgün siqnalın verilməsində bu indiki şəraitdə xüsusilə vacibdir”-bildirib.
 

Cavuşoğlu isə öz növbəsində Türkiyənin Helsinki və Stokholmun bütün tələblərini yerinə yetirilmiş hesab etmədiyini bildirib.
 

Finlandiya və İsveçi qəbul etmək üçün Türkiyə hələ üzvlük protokolunu ratifikasiya etməlidir.
 

Ötən günlərdə mənbələr Türkiyə rəsmilərinin İsveçin NATO-ya üzvlük təklifini ilin sonuna qədər, hətta iyunda keçiriləcək prezident seçkilərinə qədər ratifikasiya etməyəcəyini bildirib. Ekspertlərin fikrincə İsveç hakimiyyəti rəsmi Ankaranın tələblərini yerinə yetirmək üçün kifayət qədər iş görməyib.
 

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Finlandiya və İsveçin eyni vaxtda alyansa qoşulmadığı təqdirdə NATO-nun müdafiə planlarının pozulacağını bildirib.
 

Türkiyə tərəfinin mövqeyinə baxmayaraq o, rəsmi səviyyədə danışıqları perspektivli adlandırıb. Haavisto əlavə edib ki, alyansın bir çox ölkəsi Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün Türkiyə ilə dialoq aparır.
 

Xatırladaq ki, bu ilin oktyabr ayında Türkiyənin NATO-ya qəbulu prosesi çərçivəsində Ankarada Türkiyə və Finlandiya Ədliyyə Nazirliyinin nümayəndə heyətləri arasında danışıqlar aparılmışdı. Tərəflər Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyası (PKK) və Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ təşkilatı üzvlərinin ekstradisiyası ilə bağlı məsələləri müzakirə ediblər.
 

Qeyd edək ki, Finlandiya bu vətəndaşların bir çoxuna siyasi sığınacaq verib.
 

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edib. İyunun sonunda NATO üzvləri hər iki ölkəni rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmağa dəvət edib.
 

Lakin Türkiyə iki ölkədən onun tələblərinə əməl etməyi tələb edərək, üzvlük prosesini əngəlləyib.
 

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi də hər iki ölkənin hakimiyyət orqanlarının alyansa qoşulma planları ilə bağlı bəyanatına tənqidi reaksiya verib və bu yolla bu ölkələrin təhlükəsizliyinin təmin olunmayacağını qeyd edib.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...