Mask niyə “Twitter”də çox funksiyanı pullu təqdim etmək istəyir? - AÇIQLAMA

Mask niyə “Twitter”də çox funksiyanı pullu təqdim etmək istəyir? - AÇIQLAMA

Elon Maskın niyə “Twitter”də çox funksiyanı pullu təqdim etmək istədiyi məlub olub. O, həmin sosial şəbəkəni almaq üçün götürdüyü 13 milyard dollarlıq yüksək faizli krediti tez bir zamanda qaytarmalıdır.
 

Xəbər verdiyimiz kimi, Twitter tanınmış istifadəçilərə şəxsi mesajlar göndərmək də daxil olmaqla, platformasına yeni ödənişli funksiyalar təqdim etməyi düşünür.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ödənişli tətbiqlə bağlı müzakirələr şirkətin Elon Mask tərəfindən alınmasından dərhal sonra başlayıb. Mətbuatın məlumatına görə, Mask yüksək faizlə, təxmini 13 milyard dollar kredit götürdüyü üçün bu tədbirlər tez qazanc əldə etmək məqsədi daşıyır.
 

Eyni zamanda Mask şirkət işçilərini kütləvi şəkildə ixtisar etməyi də nəzərdən keçirir. Twitter işçilərinin yarısı ixtisara düşə bilər. İşçilərin ixtisarına noyabrın 4-dən başlanacağı gözlənilir. “The New York Times” qəzetinin yazdığına görə, bəzi işçilərə şirkətdə tezliklə ixtisarların başlanması ilə bağlı elektron məktublar göndərilib. “Twitter-i düzgün idarə etmək üçün qlobal işçi qüvvəmizi azaltmaq kimi çətin prosesdən keçəcəyik. Biz başa düşürük ki, bu, “Twitter”ə dəyərli töhfələr vermiş bəzi şəxslərə təsir edəcək. Lakin çox təəssüf, şirkətin tanıtımında uğur əldə etmək üçün belə bir addım lazımdır”- məktubdan sitat.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...