Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatıldı

Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatıldı

2–4 noyabr 2022-ci il tarixlərində ABŞ-ın Hyuston şəhərində Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) Beynəlxalq Ticarət və Regional Banklar konfranslarını təşkil edib. Tədbirlərə Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

 

Beynəlxalq Ticarət Konfransı təchizat zənciri, ticarətin rəqəmsallaşması, davamlılıq/ətraf mühit, sosial və korporativ idarəetmə, geosiyasət, tənzimləmə, komplayens, eləcə də beynəlxalq ticarətə və onun maliyyələşməsinə təsir edən digər aktual məsələləri diqqət mərkəzinə gətirib. Konfransda bank ekspertləri, müxtəlif hökumətlərin rəsmiləri, beynəlxalq ticarət və təchizat zəncirində iştirak edən digər qurumların nümayəndələri iştirak edirdi. 2022 Regional Banklar Konfransı isə bankları maraqlandıran mövzuları müzakirə etmək və iştirakçılar arasında fikir mübadiləsi aparmaq üçün keçirilib.

 

“Bu gün qlobal geosiyasi qeyri-müəyyənlik bütün dünyada bankları bir sıra çağırışlarla üz-üzə qoyur. Buna görə, o cümlədən Covıd-19 pandemiyasının yaratdığı çətinliklər səbəbindən banklar öz tənzimləmə və komplayens siyasətlərində əlavələr və dəyişiklər etməyə məcbur olublar. Konfransların məqsədi məhz bu kimi mövzuları müzakirə etmək, həmçinin beynəlxalq ticarətin və təchizat zəncirinin maliyyələşməsinin davamlı və dayanıqlı şəkildə təmin edilməsi üçün çıxış yolları tapmaq idi”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

 

Qeyd edək ki, BAFT Kapital Bank-ın 2017-ci ildən üzv olduğu Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumudur. Bank BAFT-ın təşkil etdiyi müxtəlif tədbirlərdə aktiv iştirak edir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

 

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...