İlham Əliyev: Ölkədə minlərlə iş yeri yaradılacaq

İlham Əliyev: Ölkədə minlərlə iş yeri yaradılacaq

Ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var.

 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşdə deyib.

 

"Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə burada - Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq", - İlham Əliyev bildirib.

 

Prezident əlavə edib ki, yaxın gələcəkdə istehsalı genişləndirmək lazım olacaq:

 

"Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var".

 

Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.

 

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...