Azərbaycanda “iPhone” almaq üçün neçə gün işləmək lazımdır? - STATİSTİKA

Azərbaycanda “iPhone” almaq üçün neçə gün işləmək lazımdır? - STATİSTİKA

“Picodi” ekspertləri növbəti "iPhone indeksi 2022"ni dərc ediblər. Onlar “iPhone 14 Pro” (128Gb) smartfonun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.

 

O qeyd edib ki, bu müqayisəyə görə orta statistik azərbaycanlı “iPhone” almaq üçün 83 gün işləməlidir:

 

“Adı çəkilən qurumun statistikasına görə, Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib. Ən yaxşı vəziyyət İsveçrədədir.  Burada 4-5 gün işləmək kifayətdir ki, bir “iPhone” alasan. Bu indeksə görə, orta statistik amerikalı bir “iPhone” almaq üçün 5-6 gün sərf etməlidir. Tacikistanda isə bunun üçün təxminən yarım il, Gürcüstanda 64 gün lazımdır”.

 

Ekspert bildirib ki, keçmiş sovetlər birliyində ən yaxşı vəziyyət Estoniyadadır:

 

“Bu ölkədə 21 gün işləyib bir “iPhone” almaq olar. Qurumun ekspertləri “iPhone” indeksini hazırlayarkən bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə ediblər. Qeyd edim ki, 2018-ci ildən başlayaraq belə indeks dərc olunur”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...