Dünyanın ən sürətli ayaqqabısı: "Moonwalkers" - 1400 dollara...

Dünyanın ən sürətli ayaqqabısı:

ABŞ-ın “Shift Robotics” şirkətinin robot mühəndisləri insanların 250 faiz daha sürətli yeriməyinə imkan verəcək ayaqqabı hazırlayıblar.

 

Sfera.az bildirir ki, Pensilvaniyadakı Karnegi Mellon Universitetinin tədqiqatçıları tərəfindən qurulan şirkətdən verilən açıqlamada "Moonwalkers" adlı ayaqqabıların "kosmos dövrünə uyğun" olduğu bildirilib.

 

"Moonwalkers"in  "dünyanın ən sürətli ayaqqabısı" olduğunu iddia edən şirkət rəsmiləri cütü 1400 dollara satmağı düşündükləri məhsul üçün reklam videosu hazırlayıblar. Videoda naməlum səsin "Getdiyimiz yol keçmişdə qaldı. Bunu sürətləndirməyin vaxtıdır" dediyi bildirilir.

 

"Moonwalkers"i istifadəçilər öz ayaqqabılarının üzərinə geyinir və qayışlarla bağlayır.

 

Ayaqqabılarda 8 kiçik təkər var, lakin bu təkərlər bir sırada düzülmür. Şirkət rəsmiləri bu yolla istifadəçilərin balans problemi yaşamayacağını iddia edirlər.

 

Bundan əlavə, məhsulda təkərləri sürətləndirməyə və ya yavaşlatmağa imkan verən süni intellekt mexanizmi var.

 

Eyni zamanda, xüsusi ayaq hərəkətini aşkar edən və təkərləri tamamilə kilidləyən süni intellekt alqoritmi pilləkənlərdə istifadə üçün də nəzərdə tutulub.


İnci,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...