Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlı OLACAQ

Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlı OLACAQ

Paytaxtın Binəqədi rayonunun “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması müddəti noyabrın 5-i saat 23:00-dək uzadılır.

 

Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR