“Başçı ailə üzvlərini çağırıb” – Göyçay RİH-dən 14 yaşlı qızın evləndirilməsinə reaksiya

“Başçı ailə üzvlərini çağırıb” – Göyçay RİH-dən 14 yaşlı qızın evləndirilməsinə reaksiya

Xəbər verdiyimiz kimi, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Göyçayda 14 yaşlı yeniyetmənin toyunun olacağı ilə bağlı məlumat yayıb.

 

O, Göyçay rayon İcra Hakimiyyəti nümayəndəsinin də bundan xəbərdar olduğunu deyib.

 

Sfera.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyevlə əlaqə saxlayıb. O, hadisə ilə bağlı başçının məlumatlı olduğunu bildirib:

 

“İcra başçısı bu məsələ ilə bağlı məlumatlıdır. Başçı yeniyetmənin ailə üzvlərini görüş üçün çağırıb, onlarla danışıq aparılacaq”.

 

 İ.Vəliyev Göyçay Rayon İcra Hakimiyyəti nümayəndələyindən hansısa şəxsin toy üçün kirayə qab-qacaq verməsindən xəbərdar olmadığını da diqqətə çatdırıb.

 

Qeyd edək ki, evləndirilən şəxsin Göyçay rayon Çərəkə kənd sakini olduğu bildirilir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR