Putinlə Ərdoğan RAZILAŞDI: Təmənnasız...

Siyasət
14:00 / 04.11.2022
8597
“Rusiya Prezidenti Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü barədə razılıq əldə etmişik”.
Sfera.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
“Cənab Putin mənə bildirdi ki, gəlin bu taxılı ehtiyacı olan ölkələrə təmənnasız göndərək, razılaşdıq. 13-14 noyabr tarixlərində Balidə baş tutacaq G20 sammiti çərçivəsində görüşəcəyik və bu məsələni də müzakirə edəcəyik”, - Ərdoğan əlavə edib.