Azərbaycanda daha bir azyaşlı qız evləndirilir – DİN HƏRƏKƏTƏ KEÇDİ

Azərbaycanda daha bir azyaşlı qız evləndirilir – DİN HƏRƏKƏTƏ KEÇDİ

Azərbaycanda daha bir yeniyetmə erkən nikaha cəlb ediləcək.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.

 

O qeyd edib ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur:

 

“Ağsuya ərə verilir! Kəndin icra nümayəndəsi də artıq "prokat" qab-qaşığını verib. 14 yaşlı azyaşlının atasının ad soyadını isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bildirəcəm”, -  Ağazadə əlavə edib.

 

Daxili İşlər Nazirliyi isə məsələyə reaksiya verib:  “Müraciət nəzarətə götürülüb”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR