Sərnişinin ölümünə səbəb olan sürücü həbs edildi – Dostu imiş...

Sərnişinin ölümünə səbəb olan sürücü həbs edildi – Dostu imiş...

Bu il iyunun 27-də idarə etdiyi avtomobili ehtiyatsızlıqdan Samur-Abşeron kanalına aşıraraq avtomobildə olan sərnişin Rəvan Əmirovun ölümünə səbəb olan Sərxan Əlixanov həbs olunub.

 

Sfera.az xəbər verir ki, hadisə günü Sərxan dostu Rəvanla Quba rayonunun Qımıl-Qışlaq kəndindən Hacıhüseynli kəndinə gedirmiş. Sərxan qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşmamaq üçün idarə etdiyi yük avtomobilini yolun sağ tərəfinə yönəldərkən idarəetməni itirib və körpüdəki dəmir maneələri dağıdaraq avtomobili kanala aşırıb. Sərxan ətrafdakı insanların köməyi ilə sudan çıxa bilsə də, Rəvanı xilas etmək mümkün olmayıb və o boğularaq ölüb.

 

Quba Rayon Məhkəməsinin hökmü ilə Sərxan Əlixanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR