Azərbaycanlı aktyordan SƏRT İTTİHAM: “Axı siz kimlərdən qorxursunuz?” 

Azərbaycanlı aktyordan SƏRT İTTİHAM: “Axı siz kimlərdən qorxursunuz?” 

Azərbaycanlı aktyor rejissoru olduğu filmin nümayişindən imtina edib.

 

Sfera.az bildirir ki, aktyor Hikmət Rəhimov “Çılpaq” adlı filmin noyabrın 11-də Nizami kino mərkəzində “Baku Short Film” festivalında nümayiş olunacağını, lakin festival rəhbərliyinin bundan ehtiyat etdiyini bildirib.

 

O, bu barədə sosial media hesabında qeyd edib:

 

“Buna görə də, öz istəyimlə filmin nümayişinə razı olmadım. Bəzi dostlara və tanışlara bu barədə sözlə məlumat vermişdim, amma rəsmi heç nə deməmişdim. Çünki enerjilərindən belə bir şeyin olacağını, nümayişin baş tutmayacağını hiss edirdim. Elə də oldu. Əsas kimi dünən yazdığım status gətirildi”.

 

Aktyor sözügedən filmin başqa zaman və məkanda təqdim ediləcəyinə ümid etdiyini də vurğulayıb:

 

“”Baku Short Film” festivalının heyətinə demək istəyirəm ki, axı siz nədən və kimlərdən qorxursunuz, hansı gününüzə? Unutmayın ki, zaman gələcək, qorxub çəkindiyiniz adamların üzərində başqa adamlar və başqa varlıqlar gəzəcək. Elə sizin də”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...