“Nə Vardanyanla danışıqlar olacaq, nə də...” - Politoloq

“Nə Vardanyanla danışıqlar olacaq, nə də...” - Politoloq

Separatçı-terrorçu rejiminin qondarma “dövlət naziri” Artak Beqlaryan dünən  sonuncu mətbuat konfransını keçirib. O, bu vəzifəni iki ay əvvəl Qarabağa köçən milayrder iş adamı Ruben Vardanyana həvalə edib.

 

“Çox şadam ki, Ruben Vardanyan dövlət naziri kimi fəaliyyətini davam etdirəcək, təbii ki, başqa səlahiyyətlər, başqa funksiyalar və məqsədlərlə”, - deyə Beqlaryan bildirib.

 

Beləliklə, 53 yaşlı oliqarx milyarder Vardanyan bu gündən Xankəndindəki separatçı rejimin qondarma  "dövlət naziri" vəzifəsinin icrasına başlayır. Digər tərəfdən son günlər sosial medianın erməni seqmentində rəsmi Bakının Vardanyanla görüşməsi yönündə təkliflər səsləndirilir.

 

Bununla bağlı Sfera.az-a danışan  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Ruben Vardanyanın oyuncaq rejimin başına gətirilməsi Rusiyanın məqsədli planlarından biridir:

 

“Bu, əlbəttə, qeyri-qanuni hərəkətdir. 10 noyabr üçtərəfli bəyannamənin şərtlərində o ərazidə hansısa oyuncaq separatçı rejimin olacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Belə olan halda Rusiyanın 2 ilə yaxın müddət ərzində həmin separatçı rejimi orada saxlaması ondan xəbər verir ki, imzalanmış müqavilənin şərtlərinə əməl etmək gündəmdə deyil. Yəni Rusiya daha çox imitasiya xarakterli addımlar atır. Rəsmi Bakının Ruben Vardanyanla görüş ehtimalına gəldikdə isə Azərbaycan tərəfi dəfələrlə elan edib ki, biz separatçı qurumla danışıqlar masasına oturmuruq və bu, bizə lazım deyil. Çünki Azərbaycanın Qarabağ bölgəsində separatçı qurumun olması ölkəmizin milli maraqlarına, təhlükəsizliyinə ziddir”.

 

Müsahibimiz bildirib ki, hazırda separatçı qurumun ləğv edilməsi və həmin ərazilərin Azərbaycanın suverenliyinə verilməsi məsələsi gündəmdir:

 

“Düzdür, Rusiya bu gün bütün imkanları ilə bölgədə vəziyyəti nəzarətində saxlamaq üçün müxtəlif manipulyasiyalar edir. Amma nəzərə almaq lazımdır ki, həmin ərazilər Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış torpaqlarıdır və burada hansı qurumun olub-olmaması ilə bağlı qərar bizə aiddir. Bu baxımdan Rusiya Vardanyanın separatçı oyuncaq rejimin başına gətirməklə, imzalanmış müqavilələrlə yanaşı, həm də qonşuluq prinsipinə zidd addım atdığını ortaya qoymuş oldu. Nə Vardanyanla danışıqlar olacaq, nə də həmin qurum axıra qədər orada qərar tutub qalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...