“Görüşdə qalib tərəf kimi tələblərimizi səsləndirəcəyik” - Açıqlama

“Görüşdə qalib tərəf kimi tələblərimizi səsləndirəcəyik” - Açıqlama

Bu ay Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli parlamentlərarası danışıqlar baş tuta bilər. Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlayıb.

 

Maraqlıdır, sözügedən görüşün gündəliyində hansı məsələlər ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Məmmədov deyib ki, gündəlikdə sülh sazişinin detalları müzakirə edilə bilər:

 

“Azərbaycan tərəfi olaraq biz görüşdə Xocalı, Xankəndi və Ağdərə kimi işğal altında olan torpaqlarımızın separatçılardan təmizlənməsi ilə bağlı fikirlər səsləndirə bilərik. Həmin ərazilərə oradan didərgin düşmüş azərbaycanlılar qayıtmalıdır, qondarma “Artsax respublikası” ləğv edilməlidir. Sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin həllinə başlanmalı və proses başa çatdırılmalıdır. Zəngəzur dəhlizi birmənalı olaraq açılmalı, əks təqdirdə Laçın yolu bağlanmalıdır. Yəni belə məsələlər həddindən artıq çoxdur. Lakin əsas olaraq Ermənistan tərəfindən vaxtaşırı Azərbaycana qarşı törədilən təxribatlara son qoyulmalıdır. Ermənistan həqiqətən sülh sazişini imzalamaq istəyirsə, bu deyilənlər həyata keçirilməlidir”.

 

Millət vəkili görüşün keçiriləcəyi yerlə bağlı məlumatın olmadığını da bildirib:

 

“Azərbaycanın ərazisində cinayətkar qurum mövcud olduğu, Ermənistanın silahlı birləşmələrinin torpaqlarımızda qaldığı halda hansı sülh sazişindən danışmaq olar? Ermənistanı yerinə oturtmaq, susdurmaq üçün tərəfimizdən irəli sürüləcək tələblər çoxdur. Görüşdə qalib tərəf kimi tələblərimizi səsləndirəcəyik. Görüşün keçiriləcəyi məkanla bağlı dəqiq nə isə demək isə çətindir, bunu səlahiyyətli şəxslər müəyyən edəcək”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...