Fazil Məmmədov vəfat etdi

Cəmiyyət
09:48 / 04.11.2022
4924
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd olunub ki, o, ürək çatışmazlığından vəfat edib.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.