Bu bürclər 22 noyabra qədər ən böyük arzularını gerçəkləşdirəcək

Bu bürclər 22 noyabra qədər ən böyük arzularını gerçəkləşdirəcək

Onları işdə uğur, pul yağışı və maraqlı sevgi hekayəsi gözləyir.
 

Noyabrın 22-dək olan müddət üç seçilmiş bürc üçün inanılmaz dərəcədə xoşbəxtlik gətirəcək. Onların bütün problemləri arxada qalacaq. Uğur və sevgi ilə dolu yeni bir həyat başlayacaq.


Astroloqlar noyabrda şanslı bürclərin Qız, Tərəzi və Oğlaq olacağını deyir. 22-nə qədər onları işdə yüksəliş, maliyyə durumunda irəliləyiş və maraqlı sevgi hekayəsi gözləyir.

 

Sfera.az həmin bürcləri təqdim edir.


Qız

Rəhbərlik və həmkarlarla ilıq münasibətlər Qız bürcü üçün faydalı olacaq. Çoxdan arzuladıqları yeni vəzifəyə sahib olacaqlar. Maaş artımı ilə yanaşı, Qızlar əlavə gəlir də qazanmağa başlayacaqlar. Maliyyə durumunda irəliləyiş Qız bürcünə işdən sonra çıxıb istədikləri məkanlarda əyləncəyə və bahalı alış-veriş etməyə imkan verəcək. Bürcün ən romantik nümayəndələri isə qazandıqları pulla sevdikləri ilə səyahətə çıxacaqlar.



Tərəzi

2022-ci ilin Noyabr ayının başlanğıcı Tərəzi bürcünün həmişəlik yaddaşında qalacaq. Bu zaman Tərəzilər həyatlarında əsas rol oynayacaq bir insanla görüşəcək. Ehtirasla aşiq olub və bəlkə də ailə həyatı qurmağı düşünəcəklər. Bu proqnoz yalnız Tərəzilərə aiddir. Yeri gəlmişkən, Noyabrın ilk yarısında bürcün evli nümayəndələri həyat yoldaşına qarşı inanılmaz dərəcədə dəyişəcəklər. Onlar üçün bu dəfə ikinci bal ayı kimi olacaq.

Oğlaq

Noyabr ayında bu Oğlaqlar həyatlarında "ağ zolaq" başladığını hiss edəcəklər. Onlar özlərini daha inamlı hiss edəcək və yeni karyera yüksəkliklərini fəth etməyə başlayacaqlar. Oğlaqlar rəhbər vəzifəyə təyin oluna bilərlər ki, bu da onları həmkarlarının gözündə daha nüfuzlu edəcək. Artım sayəsində Oğlaqların maddi vəziyyəti də xeyli yaxşılaşacaq. Xeyli miqdarda pula qənaət edə və əvvəllər onlara xəyal kimi görünən şeylərlə özlərini sevindirə biləcəklər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...