Kosmik mənzillər necə olacaq? - Kosmosa meydan oxuyan azərbaycanlı

Kosmik mənzillər necə olacaq? - Kosmosa meydan oxuyan azərbaycanlı

Əslən azərbaycanlı İqor Aşurbəylinin azad kosmik dövlət layihəsi olan Asgardia artıq bütün dünyada məşhurdur.
 

Layihənin təmsilçiləri azad data mərkəzi adlandırdıqları “Asgardia-1” adlı Cygnus peyki kosmik gəmisinin daxilində kosmosa göndərilmişdi. Bu data mərkəzinin daxilində 0.5 TB-lıq məlumat yerləşirdi. Onların arasında konstitusiya, dövlət simvolu, Asgardia vətəndaşları haqqında məlumatlar və s. var idi. Cygnus kosmik yük gəmisini özündə birləşdirmiş Orbital ATK Antares adlı raket ABŞ-ın Virciniya ştatındakı kosmodromdan start götürmüşdü.
 

İndi isə həmin layihə çərçivəsində kosmik mənzillərin memarlıq və dizaynı vizyonu təqdim edilib.
 

Sfera.az bildirir ki, Kosmik Dövlət Parlamentinin sədri Lembit Opik Milan Politexnik Universiteti dizayn kursunun tələbələri qarşısında təqdimatla çıxış edib.
Lembit Opik Kosmos Millətinin gələcək kosmos yaşayış sahəsinə dair vizyonunu təqdim edib. Burada söhbət təkcə astronavtlar və alimlər üçün deyil, sıravi vətəndaşlar üçün də lazımi şərait və abadlıqdan gedirdi. Asqardiya kosmosda həyat üçün belə şərait yaratmağa diqqət yetirir.
 

Debat zamanı Yerdənkənar yaşayış yerinin layihələndirilməsi zamanı nəzərə alınmalı olan parametrlər, təhlükəsizlik, həyatı təmin edən sistemin mövcudluğu, tikintidə kosmik resurslardan istifadə imkanları və kosmik evin qiyməti kimi mühüm amillər müzakirə olunub.
Yerin orbitində və Ayda tikinti ilə bağlı aparılan bəzi tələbə işləri ilə tanış olan parlament sədri məmnunluq hissini bildirib. Tələbələr də öz növbəsində Asgardia ideyalarını bölüşüblər.


“Bu tələbələr həqiqətən də kosmik memarlıq və dizaynda lider olmaq istəyirlər. Asqardiyaya Kosmik Millətin yaradıcısı İqor Aşurbəyli kimi gələcəyə açıq və cəsarətli baxışa malik gənc və uzaqgörən mütəxəssislər lazımdır. Məhz onlar bizə yeni kosmik yaşayış mühiti qurmağa kömək edəcəklər””-deyə Lembit Opik bildirib.
 

Görüş iştirakçıları Asgardianın “Politecnico di Milano” universitetinin yeni kosmik dizayn proqramının bir hissəsi ola biləcəyi qənaətinə gəliblər.
 

Lembit Opik bir neçə həftə sonra tələbələrlə yenidən görüşəcəyini bildirib və pandemiya bitdikdən sonra belə görüşlərin rəqəmsal deyil, mütəmadi olaraq canlı şəkildə keçiriləcəyinə ümid etdiyini bildirib.
 

Kosmik mənzillərin təqdimat slaydlarından bəzilərini təqdim edirik:

 

Xanım

 


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...