Patruşev Ramil Usubov və Qriqoryanla görüşdü

Patruşev Ramil Usubov və Qriqoryanla görüşdü

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Azərbaycan və Ermənistandan olan həmkarları – Ramil Usubov və Armen Qriqoryanla ikitərəfli görüşlər keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti məlumat yayıb.

 

Danışıqlar Rusiya paytaxtında keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu illik toplantısı çərçivəsində baş tutub.

 

Azərbaycanlı həmkarı Ramil Usubov ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR