“Gələn bazar günü prezident seçkiləri keçirilsəydi...” – Ərdoğan sorğuda uduzdu

“Gələn bazar günü prezident seçkiləri keçirilsəydi...” – Ərdoğan sorğuda uduzdu

“Türkiyə siyasəti paneli 2022” sorğu nəticələrini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, araşdırmaya 27 vilayətdən 2 min 400 adam qatılıb. “Türkiyə necə idarə olunur?” sualına iştrakçıların  58,9 faizi “zəif idarə olunur” cavabını verib. 

 

Nəticələr belə düşünməyə əsas verir ki, qarşıdan gələn prezident seçkisi ikinci tura keçərsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdən olan mümkün rəqibləri Kamal Kılıçdaroğlu, Əkrəm İmamoğlu və Mənsur Yavaşa uduza bilər.

 

“Gələn bazar günü prezident seçkiləri keçirilsəydi, Ərdoğana, yoxsa müxalifətin namizədinə səs verərdiniz?” sualına vətəndaşların 51,4 faizi “müxalifətin namizədinə səs verərdim”, 35,8 faizi isə “Ərdoğana səs verərdim” deyib. 9,8 faiz sorğu iştirakçısı isə “qərarsız” olduğunu, 3 faiz “səs verməzdim” cavabını verib.

 

Qeyd edək ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.

 

Sevinc Nəsirli


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...